İltizam Əkbərli və Tural Abbaslı Müsavatdan xaric oluna bilər

İltizam Əkbərli və Tural Abbaslı Müsavatdan xaric oluna bilər


“Müsavat Partiyası üzvlərinin Nizamnamə pozuntularına baxılacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanın üzvü Nemət Kərimli deyib.

N. Kərimli partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslının Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiyini xatırladaraq, onlar barəsində tədbir görüləcəyini bildirib: “Onlarla bağlı məsələ kollegial qaydada müzakirə olunacaq və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm”.

İ. Əkbərli isə APA-ya bildirib ki, partiyanın onun haqqında qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq: “Mən seçicilərin qarşısında öhdəlik götürmüşdüm və bu öhdəliyi əsas gətirərək, seçkilərdə iştirak qərarını verdim. Əgər partiya rəhbərliyində mənim məsələm müzakirə olunarsa, qərardan asılı olmayaraq, buna hörmətlə yanaşacağam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...