"ADR heç bir təşkilatla birləşməyəcək" - Vurğun Əyyub

"ADR heç bir təşkilatla birləşməyəcək" -


"ADR Hərəkatının kiminləsə və ya hansısa qüvvə ilə birləşmək niyyəti yoxdur".

Bunu Arqument.Az-a Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin müavini Vurğun Əyyub Razi Nuraullayevin ötəngünkü açıqlamasına münasibət bildirərəkən deyib. O, müxalifət təşkilatları ilə əməkdaşlığa hələ ki, zərurətin olmadığını bildirib: "Biz siyasi qüvvələrlə və ictimai qurumlarla ümummilli məsələlərdə əməkdaşlıq edə bilərik. Bu da o zaman baş tutar ki, əməkdaşlığı vacib hesab edək, ya da bununla bağlı bizə müraciət etsinlər. Hələlik belə bir əməkdaşlığa nə biz zərurət hiss edirik, nə də bu istiqamətdə bizə müraciət daxil olub".

Qeyd edək ki, ötən gün Razi Nurullayev: "Əgər xalqın maraqları tələb edəcəksə, bizim təşkilatla Qubad İbadoğlunun təşkilatı birləşə bilər", - deyə açıqlama verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...