İqtidarla müxalifət dialoqunun mövzusu nə olacaq?

İqtidarla müxalifət dialoqunun mövzusu nə olacaq?

İqtidarla müxalifət arasında baş tutacaq növbəti görüş zamanı müzakirə olunacaq mövzular partiyaların öz ixitiyarına buraxılıb.

Bunu AzVision.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, bu gün “Azadlıq-2015” blokuna daxil olan partiyalar toplanaraq geniş müzakirə aparıblar: “Yekun olaraq qərar qəbul edilib ki, Prezident Administrasiyasının iqtidar-müxalifət nümayəndələrinin növbəti görüşündə partiyalar fərdi olaraq öz mövzularını irəli sürsünlər”.

Görüşdə iştirak edəcək partiyalara gəlincə Ə.Əliyev: “ Görüşdə iştirak məsələsi də partiyaların öz ixtiyarına verilib. Yəni gəlib-gəlməmək partiyaların özündən asılıdır”- deyə o, əlavə edib.

Qeyd edək ki, iqtidarla müxalifət arasında növbəti görüşün tarixi məlum olub. Görüş Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də saat 10:00-da baş tutacaq.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...