Fuad Ələsgərov Nardaran hadisələri haqda danışdı

Fuad Ələsgərov Nardaran hadisələri haqda danışdı


“Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar. Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi qoruyacaqlar”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi Fuad Ələsgərov deyib. Nardaran hadisələri barədə danışan F.Ələsgərov bildirib ki, dini radikalizim və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: “Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizim və ekstrizimlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu normativ hüquqi aktların təkmilləşdirməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplarına qoşulmayacaq və dini radikalizim əlehinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gənləri düz yola dəvət edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...