Deputatlara yeni səlahiyyət verilir

Deputatlara yeni səlahiyyət verilir


Milli Məclisin komitə sədrlərinə Milli Məclisin iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin daxili nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edək ki, hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir. Nizamnaməyə dəyişikliklər Milli Məclisin növbəti plenar iclasının müzakirəsinə tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...