Qaradağda Heydər Əliyev abidəsi önündə anım tədbirləri keçirilib

Qaradağda Heydər Əliyev abidəsi önündə anım tədbirləri keçirilib
2025-ci il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önündə anım tədbirləri çərçivəsində gülqoyma mərasimi keçirildi. Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın üzvləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, eləcə də əsgərlər, rayonun tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə güllər düzərək, onun xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Ulu Öndərin Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində oynadığı misilsiz rol, müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin əldə etdiyi uğurlar tədbir iştirakçıları tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad edildi.

Yüksək təşkilatçılıqla keçirilən mərasimdə minlərlə insanın iştirakı, xalqın Ümummilli Liderə olan böyük sevgisinin və ehtiramının bariz nümunəsi kimi qiymətləndirildi.


Qaradağda Heydər Əliyev abidəsi önündə anım tədbirləri keçirilib
Qaradağda Heydər Əliyev abidəsi önündə anım tədbirləri keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...