Rövnəq Abdullayev Aleksis Tsiprasla görüşəcək

Rövnəq Abdullayev Aleksis Tsiprasla görüşəcək

SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri başlayıb. Azərbaycandan olan nümayəndə heyətinin bu yaxınlarda Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşü baş tutacaq. Görüşdə SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi müzakirə olunacaq.

Görüşdə baş naziri Yunanıstanın dövlət naziri Alekos Flaburaris müşayiət edəcək. Görüş Azərbaycan tərəfinin istəyi ilə baş tutacaq. Bundan öncə xəbər verdiyimiz kimi, Yunanıstan KİV-i yazıb ki, bu gün DESFA-nın taleyi həll olunacaq. Bildirilir ki, R. Abdullayev həmçinin Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə də görüşəcək.

Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Yeri gəlmişkən, ötən həftə SOCAR prezidenti bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib". (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...