Bakıda şagird müəllimlərə hücum etdi - bir nəfər xəstəxanaya düşdü

Bakıda şagird müəllimlərə hücum etdi  -

Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib. Publika.az bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib. İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin sayta verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb. Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib. Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...