SOCAR-ın əsas rəqibi "Petrol Ofisi"nə sahib çıxmaqda iddialıdır

SOCAR-ın əsas rəqibi "Petrol Ofisi"nə sahib çıxmaqda iddialıdır


"Saudi Aramco" "Petrol Ofisi" şirkətinə sahib çıxmaqda israrlıdır. "APA-Economics" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının ticarət və investisiyalar naziri Məcid bin Abdulla əl-Kasabi "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, "Saudi Aramco" Türkiyənin enerji sektorunda emal, depolama və pərakəndə satış sahəsində fürsətləri dəyərləndirmək niyyətindədir. "18 türk şirkəti "Saudi Aramco" ilə sıx əməkdaşlıq edir. "Saudi Aramco" qlobal çapda olan bir şirkət olaraq uyğun investisiya təkliflərini dəyərləndirməyə hazırdır. Bu baxımdan şirkət Türkiyədəki təklifləri də nəzərdən keçirir. "Saudi Aramco" Türkiyənin enerji sektorunda emal, depolama və pərakəndə satış sahəsində fürsətləri dəyərləndirir".

Xatırladaq ki, Avstriyanın OMV konserninin Türkiyədəki törəməsi olan "Petrol Ofisi" şirkətini almaqda iddialı olan şirkətlərin sayı azalıb. belə ki, OPET və BP şirkətləri "Petrol Ofisi"nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.

Hazırda 4 şirkət tenderdə iştirakını davam etdirir ki, bunlar da "Saudi Aramco", "Petromim-C", "Vitol" və SOCAR-dır.

"Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında "Petrol Ofisi"nin yeni sahib olmağa ən çox şansı olan "Saudi Aramco"dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 mlrd. avro təklif edib.

Bundan öncə xəbər verdiyimiz kimi, "Saudi Aramco" danışıqlar prosesinə HSBC bankını cəlb edib. Xatırladaq ki, OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) bu yaxınlarda bildirib ki, onun rəhbərlik etdiyi şirkətə "Petrol Ofisi"ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: "Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq".

Qeyd edək ki, SOCAR "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

V. Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib. İdarə Heyətinin sədri detalları açıqlamayıb. SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.

Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil. "Petrol Ofisi"nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...