Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb

Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb

Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb.

Bu barədə “Report”a rayon sakinləri məlumat verib.

Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb.

Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddətdir Xırdalan şəhərinin əksər küçə və prospektlərində qazıntı işləri aparılır.

Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...