“Yetim öldü getdi, heç arvad-uşağı da...” – Əli Mirəliyev

“Yetim öldü getdi, heç arvad-uşağı da...” –

Ötən gün müğənni Sevda Əliqızının mərhum Xalq artisti Səməd Səmədovun dəfnindən danışaraq sənət dostlarının orada olmadığını deməsi böyük səs-küy yaratdı. O bildirib ki, S.Səmədovu son mənzilə yola salanlar arasında çox az sənət adamı yer alıb.

Dəfndə iştirak edənlər arasında olan müğənni Əli Mirəliyev Yenisabah.az-a mövzu ilə bağlı danışıb.

İfaçı sənət adamlarının hər zaman bir-birinə qarşı belə ögey münasibət bəslədiyini deyib:

“Ümumiyyətrlə, musiqi əhli həmişə belə olub. Bunu hər zaman demişəm. Bakılıların bir sözü var, “ipi qırıq”. Bax, bu söz müğənnilərə aiddir, onların ipinin üstünə odun yığmaq olmaz. Sənət adamları indi belə deyil, ta bünövrədən bu cür olublar, Sovet vaxtından belədirlər, bir-birlərini əzizləyib, öpürlər, çevrilən kimi dalınca arvad-uşağı haqqında danışıblar.

İncəsənət işçiləri belə olublar, bir-birlərinə düşmən kəsiliblər. Şövkət Ələkbərova, Gülağa Məmmədovdan tutmuş, rəhmətlik Səməd Səmədova qədər belə olub. Mən bunu təcrübələrimə söykənərək deyirəm, 72 yaş az yaş deyil. Bunu deməyə haqqım çatır, gördüyümü deyirəm”.

O, vaxtilə Səməd Səmədovla arasında olan münasibətdən danışıb:

“Mən Səməd Səmədovla düşmən deyildim, nolsun ki, həmişə onun oxumağına irad bildirmişəm, o, dostum olub. Əvvəllər mənim texniki ləvazimatlarımı daşıyıb, sintezatorda ifa edib. Sağ olanda bunu özü də dəfələrlə deyib.

Mən onun dəfn mərasimində mütləq iştirak etməli idim, onunla çörək kəsmişəm. Bizim etdiklərimiz şou idi, efirə çıxıb şou edirik, bunun şəxsi münasibətlərimizə heç bir aidiyyatı yoxdur. Mən onun atasını, anasını söyməmişəm ki, yalnız oxumağı barədə tənqidi fikirlərimi demişəm. Bunları onun xeyrinə deyirdim. Heç azərbaycanca danışa bilmirdi, ona ana dildə danışmaq öyrətdim. İrad bildirirdim, Səməd də ağıllı adam idi, o iradlardan nəticə çıxarırdı, bir də eyni səhvi təkrar etmirdi”.

Ə.Mirəliyev dəfn mərasimində cəmi dörd nəfər sənət adamının olduğunu qeyd edib:

“Sənətdən başqa ona heç nə deməmişəm, nə tutdurmuşam, nə evini yıxmışam... Yetim öldü getdi, heç arvad-uşağı da yanında deyildi. Tək-tənha qaldı, bağa da gedə bilmirdi. 75 yaşında kişiyə baxan lazımdır axı, amma yox idi, tək qaldı, axırı da belə...

Mən heç kimə başsağlığı vermədim, apardım basdırdım, çıxıb gəldim. Cavanşir Məmmədovla birgə getmişdik, dəfndə incəsənət adamlarından bizdən başqa Ədalət Şükürov, bir də Rüfət Axundov orda idi. Bir də Səmədin bizim cameədən olmayan dostları var idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...