Bakıda daha bir tikinti qalmaqalı - VİDEO

Bakıda daha bir tikinti qalmaqalı -
Bakıda sökülən binanın bəzi sakinləri ilə tikinti şirkəti arasında problem (VİDEO)
Bakının Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində sökülən binanın bəzi sakinləri ilə tikinti şirkəti arasında problem yaranıb.

Gundeminfo.az Baku TV-ə istinadən xəbər verir ki, bina sakini Gülbəs Nəzərova bəzi sakinlərin tikinti şirkəti ilə razılığa gəlmədiyini, bu səbəbdən də tikintinin yubandığını deyib:

"Avqustun biri mən imza atmışam. Biz niyə gözləməliyik? Çıxmayanlar çıxsın, tikinti başlasın, biz də köçək öz gözəl evimizə".

Narazı sakin isə iddia edir ki, evinin köməkçi sahələrinə görə ona əlavə pul ödənilməlidir.

Şirkət rəhbəri Rafael Abdullayevin sözlərinə görə, Elnarə xanımın 20 kvadrat mənzili var. Biz şirkət olaraq onun üçün 37.5 kvadrat yer ölçü və əlavə 20% olmaqla mənzil təklif etmişik. Bundan əlavə xanıma 600 manat kirayəhaqqı təyin etmişik".

Daha ətraflı sujetdə:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...