AZAL-a yeni prezident təyin olundu - Sərəncam

AZAL-a yeni prezident təyin olundu -
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Ətraflı

Dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad olunub.

Qeyd edək ki, Cahangir Əsgərov ötən ilin sentyabrında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla quruma yeni prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası o vaxt birinci vitse-prezident olan Samir Rzayevə həvalə edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...