Bu gün Şuşaya köç başlayır

Bu gün Şuşaya köç başlayır
Bu şəhərdə növbəti şanlı tarix yazılır...

Son aylarda işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü daha da sürətlənib. Demək olar ki, hər həftə onlarla köç karvanı Qarabağa yola salınır.

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq.

Fuad Hüseynov: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel mükafatı alması mənim üçün çox qürurvericidir” - XƏBƏRLƏR-www.idp.gov.az

Fuad Hüseynov

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır: “Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: ""Böyük Qayıdış"a dair 1-ci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur”.

Həmçinin vurğulanıb ki, hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır.

Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.

Şuşa şəhərinə ilk köç mayın 8-də baş tutacaq və bunun da böyük bir tarixi əhəmiyyəti olacaq. Məhz 8 may 1992-ci ildə şəhər Ermənistan ordusu tərəfindən işğal edilmişdi.

Elman Məmmədov: "Kamil Zeynallının saxlanılmasında Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır" Pravda.az

Elman Məmmədov

Şuşalıların səbirsiliklə gözlədiyi bu tarixi günlə bağlı fikirlərini “Cebhe.info” ilə bölüşən deputat Elman Məmmədov bildirib ki, Vətən müharibəsi qələbə ilə başa çatandan sonra ermənilər Şuşadan işğalçı kimi qovuldular: “Hər il 8 mayda onlar Şuşada bayram edir, "parad" keçirirdilər. Doğrudur, biz işğal gününü bütün ölkə ərazisində anırıq, bu tarix unudulmamalıdır. Ancaq bu il 8 mayda şuşalılarımızın Şuşaya qayıdışı, köçü olacaq. Yəni artıq bu, düşmən üzərində qələbənin təntənəsidir. Sevinc hissi ilə şuşalılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Hər birimiz bu günü, qayıdış gününü böyük səbirsizliklə gözləyirik. Artıq qayıdacaq ailələr də məlumdur, hamı yol hazırlığını görür. Hamı bu həsrətə son qoyulmasını səbirsizliklə gözləyir. Ermənilərin murdar xəyalları, niyyətləri gözlərində qaldı. Artıq Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ Xanlığının mərkəzi olan Şuşa şəhərində biz yaşayırıq. Orada ən gözəl, yüksək səviyyəli tədbirlərimizi keçiririk. Tədbirlərin ən gözəli, əzəmətlisi, təntənəlisi şuşalıların öz doğma yurd-yuvalarına qayıdışıdır".

O bildirib ki, 8 may simvolik tarix kimi dəyərləndirilməlidir: “İlk qayıdış təbii ki, elə olacaq. Hesab edirəm ki, hər bir kəs həmin günü bayram kimi qeyd etməlidir. Necə ki, 8 noyabr Zəfər bayramıdır, 2024-cü ilin 8 mayı da Şuşaya ilk qayıdış günü kimi tarixə düşəcək”.

Mahir Abbaszadə yeni yaradılan dostluq qrupunun rəhbəri SEÇİLDİ

Mahir Abbaszadə

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Laçın rayonundan olan deputat Mahir Abbaszadə Gununsesi.info-ya müsahibəsində Qarabağa qayıdış haqqında danışıb: “Qarabağda yeni şəhərlər, qəsəbələr salınır. İqtisadiyyatı zəif olan heç bir dövlət ərazisinin 20 faizində eyni zamanda yenidənqurma, abadlıq, infrastruktur layihələrini həyata keçirə bilməzdi. Nəzərə alsaq ki, Azərbaycan həm də müharibədən çıxmış ölkə idi. Müharibənin dövlət üçün hansı maddi itkilər olmasını demək də yersizdir. "Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir. İnanıram ki, qısa zaman ərzində bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına gedəcəklər".

Mahir Abbaszadə həmçinin tikinti proseslərində müasirliyə üstünlük verildiyini desə də, tarixi abidələrin qorunduğunu da bildirib: “Elə abidələr var ki, onları dağıdıblar, amma həmin abidələr əvvəlki görkəminə qaytarılır. Kəlbəcərin Zar kəndində qədim alban abidələri var. Orada minə yaxın mənzil tikilir. Həmin kənddə olan tarixi abidələr mühafizə zolağına daxil edilib. Zar kəndində məktəb, uşaq bağçası, idman klubu, hostel və sair ictimai obyektlər inşa olunacaq. Bu kənd turizm baxımından əlverişli yerdədir. İstisuya yaxın olduğu üçün orada hostel tikintisi nəzərdə tutulub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...