ADP seçkidə iştirak qərarı verdi - Sərdar Cəlaloğlu Naxçıvandan namizəd olacaq - SİYAHI

ADP seçkidə iştirak qərarı verdi -
Növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib...

Partiyadan Gundeminfo.az-a verilən məlumata əsasən ADP Ali Məclisinin sessiyası keçirilib. Ali Məclis ölkədəki ictimai-siyasi
vəzəyyət və qarşıdan gələn parlament seçkiləri ətrafında müzakirələr aparıb. Ali Məclis 01 sentyabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini geniş şəkildə müzakirə edib.

Müzakirələrin yekunu olaraq Ali Məclis 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində partiyanın iştirak edəcəyi ilə bağlı qərar qəbul edib. Müzakirələrdə partiya adından ilkin olaraq aşağıdakı şəxslərin müvafiq dairələr üzrə namizədliyi irəli sürülərək
təsdiq edilib.

1. 3 saylı Babək-Şahbuz-Kəngərli – Sərdar Cəlaloğlu
2. 7 saylı Səbail - Sadiq Həsənov
3. 9 saylı Binəqədi ikinci - Taliyət Əliyev
4. 17 saylı Yasamal üçüncü - Nazilə Soltanova
5. 24 saylı Nizami birinci - Nurəddin İsmayılov
6. 25 saylı Nizami ikinci - Vüqar Məmmədov
7. 27 saylı Sabunçu ikinci – Kamran Nəsirli
8. 33 saylı Xətai birinci - Xaliddin Cangirov
9. 34 saylı Xətai ikinci - Zakir Hüseynov
10. 73 saylı Masallı-Cəlilabad - Daşqın Nuriyev
11. 77 saylı Lənkəran şəhər – Azad Hüseynov
12. 78 saylı Lənkəran kənd – Murad Kərimov
13. 79 Astara - İlqar Qənbərov
14. 90 saylı Ağsu - Süleyman Məmmədov
15. 95 saylı Zərdab-Kürdəmir-Ucar - Cəbrayıl Dünyamalıyev
16. 111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov

Ali Məclis növbəti məsələ kimi partiyanı seçki komissiyalarında təmsil etmək üçün AR seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr siyahısını təsdiq edib.

Ali Məclis - 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri ilə əlaqədar Azərbaycan Demokrat Partiyası adından bütün seçki hərəkətlərinin həyata keçirilməsi səlahiyyətini operativliyin təmin edilməsi məqsədi ilə ADP-nin Nizamnaməsinə və Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisin Rəyasət Heyətinə verib.

Sessiyanın sonunda partiyanın Seçki Qərargahı yaradılıb. Seçki Qərargahına rəhbərlik partiya sədrinin seçki və hüquq məsələləri üzrə müavini Taliyət Əliyevə həvalə edilib. Seçki qərargahına partiyanın deputatlığa namizədlərinin 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində iştirakı ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsi tapşırılıb.

Bununla da Ali Məclis öz işini başa çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...