Azərbaycanda süd İSTEHSALI - İnək çoxdur, süd az
Azərbaycanda heyvandarlıq qədim ənənələrə malikdir və bu sahə ölkənin kənd təsərrüfatı sektorunda mühüm rol oynayır. Süd və süd məhsullarının istehsalı əhalinin qida təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. İnsanlar arasında süd məhsullarına olan maraq müxtəlifdir, xüsusilə qatıq, pendir, kərə yağı və süd içkiləri daha çox istehlak edilir.
Ölkəmizdə süd məhsulları istehsalı, idxalı və ixracı, bu məhsullarla təminetmə səviyyəsi, istehlak göstəriciləri barədə mövcud vəziyyət və perspektiv imkanlara nəzər salaq.
İstehsal artdıqca idxal azalır
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda süd və süd məhsullarının ehtiyatları ilbəil artmaqdadır. Ərzaq balansı məlumatlarına görə ölkənin ümumi süd məhsulları ehtiyatı 2023-cü ildə 2,8 milyon ton təşkil edib. Bunun 2,3 milyon tonu daxili istehsalın, 475 min tonu idxalın payına düşüb, qalanı isə əvvəlki ilin qalığı hesabına formalaşıb. Ümumi ehtiyatın 93 faizi istehlaka yönəlib. Qalan məhsul ixraca, mal-qara və quş yemini hazırlanmasına sərf olunub və bir hissəsi də itkiyə gedib.
2014-cü ildə süd məhsulları ehtiyatı 2,6 milyon tondan ötən ilin sonuna 2,8 milyon tona yüksəlib. Bu artım daha çox yerli istehsalın hesabına baş verib. Belə ki. 10 il əvvəllə müqayisədə yerli istehsal 1,8 milyon tondan 2,3 milyon tona yüksəlib. Yerli istehsalın artması idxalın azalmasına təsir edib, nəticədə süd məhsullarının idxalı 2014-cü ildəki 581 min tondan ötən il 474 min tonadək azalıb.
Süd məhsulları ilə özünütəminetmə 84 faizdir
Azərbaycanda süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 2014-cü ildəki 76 faizdən ötən il 84 faizə yüksəlib. Nəzərə almaq lazımdır ki, 2016-2019-cu illərdə bu göstərici 86-88 faiz arasında dəyişib. Ümumilikdə Azərbaycanda süd və süd məhsulları ilə təminetmə səviyyəsinin azalmağa meyllənməsi diqqət çəkir. Düzdür, süd və süd məhsullarının adambaşına istehlakı 2023-cü ildə 2014-ci ilə nisbətən təxminən 5 faiz artaraq 258 kiloqrama çatıb. Amma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklif etdiyi illik istehlak norması 360 kiloqramdır. Belə olasnda Azərbaycanda adambaşına illik süd məhsulları istehlakı ÜST-nin normasından 102 kiloqram azdır. ÜST-nın istehlak normativlərini əsas götürsək, əhalinin tələbatını ödəmək üçün Azərbaycanda 3,6 mln. ton süd istehsal edilməlidir. Halbuki illik istehsal 2,2 milyon ton səviyyəsindədir ki, bu da ÜST-nin normasının 61 faizini təşkil edir.
Azərbaycanda istehlak olunan 2,7 milyon ton südün 2 milyon tonu süd məhsullarının istehsalına sərf olunur. 2023-cü ildə 953 min ton məhsul süd və qaymaq, 590 min tonu kərə yağı, 313 min tonu qatıq, 137 min tonu qatıq, qalanı isə digər süd məhsullarının istehsalına sərf olunub.
Süd ən çox hansı rayonda istehsal olunur?
Azərbaycanda ötən il ümumilikdə 2 milyon 284 min ton süd istehsal edilib. Ən çox süd istehsalı Ağcabədi rayonunda olub - 155,6 min ton. Ağcabədidən sonra ikinci yerdə 124,4 min tonla Sabirabad rayonu gəlir. Bərdə rayonu 96,7 min ton göstərici ilə üçüncü olub. Süd istehsalının ən aşağı səviyyədə olduğu rayonlar isə Naftalan şəhəri (302 ton) və Zəngilan rayonu (494 ton) olub.
Azərbaycanda 50-yə yaxın süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələr əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Xırdalan, Şamaxı, Salyan. Siyəzən, Qəbələ, Bərdə, Zərdabda yerləşir.
Süd emal müəssisələrində yağlılıq dərəcəsi 1- 3% olan süd, yağlılıq dərəcəsi 6-29% olan süd, pendir və kəsmik, xama, kərə yağı və s. məhsullar buraxılır.
İnəklər çoxdur, amma az süd verir
Son 10 ildə mal-qaranın ümumi baş sayında azalma baş verir. Paralel olaraq inək və camış sürüsündə də azalma müşahidə olunur. Həmin illər məhsuldarlığın və süd istehsalının artması heyvandarlığın intensiv inkişafı anlamını verməlidir. Süd istehsalında rentabellik onun məhsuldarlığından bilavasitə asılıdır. Son illərdə hər inək və camışdan sağılan südün, yəni məhsuldarlığın artmasına baxmayaraq, bu rəqəm çox aşağıdır. Məhsuldarlıq göstəricisini digər ölkələrlə müqayisə etdikdə bu mənzərə daha aydın görsənir. Ölkəmizdə südün məhsuldarlığının bu qədər aşağı olmasının əsas səbəbi mal-qara sürüsündə aşağı məhsuldarlığa malik yerli cinsdən olan mal-qaranın xüsusi çəkisinin çox olmasıdır.
Ölkə əhalisini bu məhsullarla tam təmin etmək üçün mal-qaranın baş sayının iki dəfə azaldılması və sürünün cins tərkibinin mütləq əksəriyyətinin yüksək məhsuldar cinslərin xeyrinə dəyişdirilməsi hesabına mövcud istehsalı 2-2,5 dəfə artırmağa imkan yaradardı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) hesabatına görə İspaniyada 844 min baş inək mövcud olmuş, illik süd istehsalı isə 6,8 mln.ton olmuşdur. Azərbaycanda isə sürüdə inək və camışların sayı 1 milyon 235 min baş, süd istehsalı isə 2,1 mln. tondur. Yüksək məhsuldarlığa malik inəklərin iqtisadi cəhətdən nə qədər səmərəli olduğunu və ölkədə istifadə olunmayan böyük potensialı bu misaldan aydın görmək olar.
Süd məhsulları istehsalının artırılması üçün nə etməliyik?
Azərbaycanda süd istehsalının artırılması sahəsində əsas məsələlərdən biri, məhsuldarlığın yüksəldilməsidir. Son illərdə hər inəkdən əldə olunan süd miqdarı artmaqdadır, lakin bu göstərici hələ də digər inkişaf etmiş ölkələrlə müqayisədə aşağı qalır. Azərbaycanda süd istehsalının artırılması üçün mal-qaranın cins tərkibinin dəyişdirilməsi, yüksək məhsuldar cinslərin istifadəsi vacibdir. Bu, həm də kənd təsərrüfatında daha çox rentabellik və yüksək gəlir əldə etməyə imkan yaradacaq.
Müasir mərhələdə süd istehsalını artırmaq və emalını təkmilləşdirmək üçün sahələrarası əlaqələrin gücləndirilməsi vacibdir. Klasterlər, süd istehsalı və emalı sahəsində bazar iştirakçıları üçün iqtisadi cəhətdən sərfəlidir, çünki onlar məhsul istehsalının həcmini artırmağa, istehsal münasibətlərini təkmilləşdirməyə və gəlirlərin düzgün bölüşdürülməsinə şərait yaradır. Bununla yanaşı, aqrar sığorta mexanizminin tətbiqi və heyvanların sığortalanması məsələləri də bu sahənin inkişafı üçün önəmlidir.
Azərbaycanda süd və süd məhsullarının istehsalını artırmaq mümkündür, lakin bu, yalnız yüksək məhsuldar inəklərin cins tərkibinin dəyişdirilməsi və müasir aqrar texnologiyaların tətbiqi ilə mümkün olacaqdır. Süd istehsalı və emalı klasterlərinin yaradılması, bu sahədəki problemlərin həllinə töhfə verə bilər. Azərbaycanda bu sahədəki potensialın düzgün istifadə olunması, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və iqtisadiyyatını gücləndirmək baxımından mühüm addım olacaq.
İşğaldan azad olunmuş ərazilərdə süd və süd məhsulları istehsalının böyük perspektivləri var
Azərbaycanda heyvandarlığın inkişafında mühüm rol oynayacaq amillərdən biri, işğaldan azad olunmuş ərazilərin potensialının istifadəsidir. Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tarixən heyvandarlıq sahəsində güclü inkişaf etmiş və bu bölgələrin azad olunması, həmin potensialdan faydalanmaq üçün əlverişli şərait yaradır. Bu ərazilər, kənd təsərrüfatı və heyvandarlıq sahəsinin inkişafını sürətləndirəcək və ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirəcək.
1980-ci illərdə işğaldan azad olunmuş ərazilərdə 321 min baş iribuynuzlu heyvan və 1.1 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Gələcəkdə bu sayın iribuynuzlu heyvanlar üzrə 430 min başa, xırdabuynuzlu heyvanlar üzrə isə 1.6 milyon başa çatdırılması proqnozlaşdırılır. Bu artım, həm ət, həm də süd istehsalını artırmaq və yerli bazarda tələbatı ödəmək baxımından böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, həmin ərazilərdə heyvandarlıq sahəsinin inkişafı ilə əlaqədar təqribən 240 min ton süd istehsalının olacağı gözlənilir. Bu da idxalı əvəz edərək, ərzaq təhlükəsizliyini təmin etmək və yerli iqtisadiyyatı gücləndirmək üçün böyük bir potensial yaradır. Süd məhsullarının istehsalının artması həm də Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafını sürətləndirəcəkdir.
Ağdam və Füzulinin işğala məruz qalmayan sahələri də nəzərə alınmaqla, azad olunmuş ərazilərdə təqribən 232.8 min hektar sahədə birillik və çoxillik əkinlərin aparılacağı, həmçinin 430 min baş iribuynuzlu və 1.6 milyon baş xırdabuynuzlu heyvanlardan ibarət fermaların qurulacağı gözlənilir.
İşğaldan azad olunmuş ərazilərin potensialının tam istifadə edilməsi, Azərbaycanın heyvandarlıq sektorunun inkişafı və ərzaq məhsullarının istehsalını artırmaq baxımından böyük önəm kəsb edir. Bu, eyni zamanda ölkənin iqtisadiyyatını gücləndirəcək və kənd təsərrüfatı sahəsində yeni iş yerləri yaradacaqdır.
55 dəfə oxundu