Hüseyn Rusiyadan 100 milyon pul çıxarmaq istəyib...

Hüseyn Rusiyadan 100 milyon pul çıxarmaq istəyib...

Rusiyada 20 milyon rublun (419 420 manat) yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov, barəsində cinayət işi açılmamışdan əvvəl "Moskva-Siti”dəki mənzilini satmağa çalışıb.

Gundeminfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Shot” teleqram kanalı məlumat yayıb.

Onun, həmçinin Rusiyadan 100 milyon rubl (2,1 milyon manat) pulu çıxarmağa cəhd etdiyi qeyd olunur.

Bildirilir ki, milyonlarla izləyicisi olan bloqer "Neva Towers”də 44-cü mərtəbədə gözəl panoraması olan dəbdəbəli mənzildə yaşayıb və videolarını orada çəkib. Rusiyanı tərk etməzdən əvvəl Moskvadakı əmlaklarından birini satıb və bir mənzilini isə ayda təxminən 750 min rubla (təxminən 16 min manat) icarəyə verib.

Nəşr yazır ki, vergi orqanları ilə problem yaşamağa başlayanda bloqer bazar dəyəri təxminən 50 milyon rubl (1,1 milyon manat) olan "Rolls-Royce Cullinan” avtomobilini tez satıb, daha sonra dəbdəbəli mənzilini satışa çıxarıb, lakin alıcı tapa bilməyib.

Məlumata görə, barəsində 170 milyon rubl (3,6 milyon manat) məbləğində vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılan Həsənovun yerdə qalan əmlakına məhkəmə icraçıları tərəfindən həbs qoyula bilər.

Qeyd edək ki, çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu 7 ilə qədər həbs gözləyir.

H. Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, ara-sıra Azərbaycana da gəlirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...