Mal-qoyunu, hətta benzinidə xaricdən alırıq

Mal-qoyunu, hətta benzinidə xaricdən alırıq
İki gün öncə yazmışdım ki, məmləkətdə iribuynuzlu-xırdabuynuzlu heyvan sayı kəskin azalıb, ət idxalına, həm də diri mal-qara idxalına hər il on milyonlarla dollar vəsait xərcləyirik. Bu coğrafiyada yüzillərlə ən yaxşı bacardığımız bir işi – maldarlığı da unuduruq, sistem elə qurulub ki, fermerlərə artıq bu sahə ilə məşğul olmaq sərf etmir.

Gundeminfo.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

O, qeyd edib ki, son bir ildə xırdabuynuzlu heyvan sayı 1 mln.-a yaxın azalıb – belə davam etsə idxaldan asılılığımız sürətlə artacaq:

"2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılığımız kəskin artır, hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik.

Dövlət Statistika Komitəsi xəbər verir ki, avtomobil benzininin istehsal həcmi illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşüb.

Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən (!!!) çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq".

N.Cəfərli qeyd edib ki, hökumət problemləri görmək, analiz etmək, səbəbləri aradan qaldırmaq istəmir, və ya, bacarmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...