AQTİ bu həşərat üçün tələ qurur – 66 min manat xərcləyəcək

AQTİ bu həşərat üçün tələ qurur –
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, AQTİ 10 000 ədəd qəhvəyi mərmər bağacığı (Halymorpha halys) tələsi üçün feromonlu dispenser satın almaq istəyir.
Qeyd edək ki, AQTİ 10 000 ədəd feromonlu dispenser üçün 66 min 198 manat ödəməyi nəzərdə tutub.
Məlumat üçün bildirək ki, qəhvəyi mərmər bağacığı (Halymorpha halys) – kənd təsərrüfatına ciddi zərər vura bilən, mənşəyi Asiya olan bir növ zərərverici həşəratdır. Qəhvəyi mərmər naxışlı görünüşə malik olduğuna görə bu ad verilib. Tələ üçün feromonlu dispenserlər isə bağacığı cəlb etmək üçün istifadə olunan tələ qurğusudur. Dispenser tələnin içində yerləşən və feromon ifraz edən vasitədir. Bu maddə zərərverici həşəratları cəlb edir və tələyə yaxınlaşmalarına səbəb olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...