Avtoblogger Elvin Hüseynov vətəndaşlara 249 min manat ziyan vurub?

Avtoblogger Elvin Hüseynov vətəndaşlara 249 min manat ziyan vurub?
Diqqətli olun! Xarici ölkədən avtomobil gətirmək adı vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub.

Gundeminfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat yayıb.

O bildirib ki, 32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir.

Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərlə aldanmamaq üçün yoxlanmamış vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər. Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyəti qanunla tənzimlənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...