Rusiyada benzin qıtlığı: Talonla satılır, o da hamıya yox...

Rusiyada benzin qıtlığı:
Rusiyadakı yanacaq böhranı Kremlin işğal etdiyi ərazilərə də təsir edib. Luqansk vilayətində Aİ-92 və Aİ-95 markalı benzinlər yanacaqdoldurma məntəqələrindən yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Luqansk administrasiyası” iddia edir ki, benzin çatışmazlığı tədarükün kəsilməsi və son iki həftə ərzində müşahidə olunan yanacağa tələbatın artması ilə bağlıdır.

Məlumata görə, iki həftə əvvəl yerli yanacaqdoldurma məntəqələrində benzin qıtlığı yaranıb:

“Hər yerdə və həmişə benzin doldura bilməzsən. Yanacaq çox vaxt yalnız hüquqi şəxslərə talonla satılıb. Yerli əhali deyir ki, Aİ-95 markalı benzini hardasa tapmaq olar, amma onu da 20 litrdən artıq vermirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...