“Narahatlığa heç bir əsas yoxdur” – Müdafiə Nazirliyi

“Narahatlığa heç bir əsas yoxdur” –
Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Gundeminfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...