"NATO ölkələri Ukraynaya hərbi yardımı artıracaq" - ABŞ-ın dövlət katibi

"NATO ölkələri Ukraynaya hərbi yardımı artıracaq" -
“NATO ölkələri Buxarestdə keçirilən toplantıda Ukraynaya hərbi yardımı gücləndirmək barədə razılığa gəliblər”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclasının ikinci günündə deyib.

O bildirib ki, Alyans üzvləri, həmçinin Rusiyanın hücumları nəticəsində dağıdılmış enerji infrastrukturunun bərpasında Ukraynaya kömək etmək barədə razılığa gəliblər: “Biz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın səylərini dəstəkləyəcəyik”.

E.Blinken vurğulayıb ki, bir çox ölkələr Ukraynaya öz enerji infrastrukturunu qorumaq və dağılmış enerji obyektlərini bərpa etməkdə kömək etməkdə qərarlıdır.

İclasda iştirak edən Ukrayna xarici işlər naziri Dmitro Kuleba isə ən aktual məsələlərdə, o cümlədən silah təminatında Ukraynanın enerji ehtiyaclarının ödənilməsində liderliyinə görə ABŞ-a təşəkkür edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...