“Ermənistanın Syunik vilayətinin qubernatoru narkomandır” - Erməni deputat

“Ermənistanın Syunik vilayətinin qubernatoru narkomandır” -

“Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçatryan narkomandır. O, yol verdiyi qanun pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının funksioneri, deputat Zarui Postancanyan deyib.

“Mən əvvəllər də bu adamın məsuliyyətə cəlb olunmasını tələb etmişəm. Ekspertizanın nəticələri onun narkotik asılılığını təsdiq edib. Lakin Suren Xaçatryan məsuliyyətdən qaça bilib. İndi isə onun oğlunun adı insidentdə hallanır. Bir neçə nəfər gənc bədən xəsarəti alıb, bir nəfərin gözü zədələnib. Günahkarlar cəzalandırılmalıdır, lakin ilk növbədə Suren Xaçatryanı cəzalandırmaq lazımdır”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...