İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb

İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb
İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.

“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.

Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:

“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.

“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
362 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...