Qəzzada 1,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb - BMT

Qəzzada 1,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb -
Qəzzada təxminən 1,7 milyon insan məcburi köçkün vəziyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani bildirib.
“Qəzzada mülki əhalinin yaşadığı fəlakətli vəziyyətin həlli prioritet olaraq qalmalıdır. İsrail Qəzzaya humanitar yardımların daxil olmasına və paylanmasına qeyri-qanuni məhdudiyyətlər qoymağa davam edir. Qəzzada təxminən 1,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu insanlar dəhşətli şəraitdə və daim təhdid altında yaşayırlar", deyə əlavə edib.
Son günlər işğal altındakı İordan çayının qərb sahilində artan zorakılığın həyəcan verici olduğunu vurğulayan Şamdasani qeyd edib:
“İsrail hakimiyyəti bu hücumların qarşısını almalıdır, o cümlədən məsul şəxsləri məsuliyyətə cəlb etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...