Qırğızıstanda “TikTok” qismən məhdudlaşdırılıb

Qırğızıstanda “TikTok” qismən məhdudlaşdırılıb
“TikTok” sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“TikTok”a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq, demək olar, mümkün deyil. Bu sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün çox vaxt tələb olunur: təxminən 5-10 dəqiqə.

Xatırladaq ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...