“Bayden İkinci Dünya müharibəsi tarixini qəsdən təhrif edir” – Medvedev

“Bayden İkinci Dünya müharibəsi tarixini qəsdən təhrif edir” –
“ABŞ bilərəkdən tarixi faktları təhrif etməyə çalışır”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-ın sualını cavablandırarkən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“ABŞ prezidenti Co Bayden, 100% manqurt kimi danışaraq, Amerika ordusunun faşizmi məğlub etdiyini və Avropanı azad etdiyini deyib. Bu qocalıq demensiyası deyil, tarixi düzəltmək üçün şüurlu bir yoldur. Bu, bizim ölkə ilə mübarizədir”, - Medvedev bildirib.
“Bizim arxamızda faşistlərin əlindən həlak olmuş milyonlarla ölkə vətəndaşımız var və bizim onların xatirəsinə xəyanət etməyə haqqımız yoxdur. Üstəlik, onlar bu yaddaşı silməyə və tarixi yenidən yazmağa çalışırlar”, - sədr müavini əlavə edib.
Qeyd edək ki, ötən gün Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında danışan Bayden, 80 il əvvəl Normandiyaya enən Amerika əsgərlərinin bütün qitəni azad etdiyini və dünyanı xilas etdiyini deyib. O, çıxışında Sovet İttifaqını və anti-Hitler koalisiyasında olan digər müttəfiqləri qeyd etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...