Qətər Rusiyadan üz çevirib Ukraynaya hərbi dəstək ayırdı

Qətər Rusiyadan üz çevirib Ukraynaya hərbi dəstək ayırdı
Bu il Rusiya və Ukrayna arasında məsləhətləşmələrdə vasitəçi kimi çıxış edən Kremlin Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri Kiyevə silah tədarükünə qoşulmaq qərarına gəlib.

Gununsesi.info Bild-ə istinadən xəbər verir ki, Qətər Almaniya hökuməti ilə razılaşma çərçivəsində 24 ədəd PzH 2000 özüyeriyən haubitsasını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcək.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Qətər ordusu mövcud Alman haubitsa donanmasının yarısını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcək və bunun müqabilində Berlindən yeni maşın partiyaları alacaq.

Söhbət Qətərin ümumilikdə 100 milyon avro dəyərində silah müqaviləsi çərçivəsində alacağı müasir RCH 155 təkərli haubitsalardan gedir.

Bild yazır ki, Ukrayna üçün haubitsalar ilk olaraq Almaniyada təmir olunacaq. Onların hərtərəfli modernləşdirilməsi proqramına Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun proqram təminatının yenilənməsi və modifikasiyası daxil ediləcək və proses Almaniyanın ən böyük müdafiə konsernləri – KMW və Rheinmetall tərəfindən idarə olunacaq.

Rusiya hakimiyyəti dəfələrlə Qətəri Rusiyanın Yaxın Şərqdə “strateji” və “əsas” tərəfdaşı adlandırıb. 2016-cı ildə Qətərin suveren fondu (QIA) “Rosneft”in səhmlərinin demək olar ki, 20%-ni 10 milyard dollara əldə edərək, faktiki olaraq Rusiya iqtisadiyyatını və büdcəsini Krımın ilhaqı və neftin qiymətinin düşməsi ilə bağlı sanksiyaların yaratdığı böhrandan xilas edib.

Müqavilə bağlandıqdan sonra Rusiya prezidenti Vladimir Putin QIA-nın icraçı direktoru və kral ailəsinin üzvü Abdullah bin Əl-Tanini “Dostluq” ordeni ilə təltif edib.

Elə həmin il Qətər fondu Pulkovo Hava Limanının idarəedici şirkəti olan Northern Capital Gateway konsorsiumunun 25%-lik payını alıb.

2024-cü ildə sanksiyalara qoşulmayan Qətər Moskva ilə Kiyev arasında əsas vasitəçi olub.

Məlumata görə onun dəstəyi ilə işğal olunmuş Ukrayna ərazilərindən götürülən uşaqların geri qaytarılması ilə bağlı danışıqlar aparılıb.

Enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılması ilə bağlı məsləhətləşmələrin son anda pozulan Qətərdə də keçirilməsi nəzərdə tutulurdu.

Mayın sonunda Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya 500 milyon avro dəyərində hərbi yardım paketini açıqlayıb. Buraya hava hücumundan müdafiə sistemləri üçün raketlər, Leopard tankları üçün ehtiyat mühərriklər və atıcı silahlar üçün bir milyon patron daxil idi. O, həmçinin əlavə edib ki, Almaniya gələn il 18 RCH-155 haubitsasını Ukraynaya təhvil verəcək və ukraynalı texniklərin hazırlanması üçün kursları maliyyələşdirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...