Ukrayna bu tarixdə öz raketi ilə Rusiyanı vuracaq

Ukrayna bu tarixdə öz raketi ilə Rusiyanı vuracaq

Artıq 2025-ci ildə Ukraynanın ballistik raketləri Rusiyanın hərbi infrastrukturuna hücum etmək üçün istifadə olunacaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Ordu araşdırmaları, konversiya və tərk-silah Mərkəzinin direktoru Valentin Badrak deyib.

Onun sözlərinə görə, Ukrayna ballistik raketləri xarici, xüsusən də Amerika texnologiyaları ilə gücləndirilməlidir:

“Bizə artıq mövcud olan həllər lazımdır, məsələn, ATACMS raketlərində olanlar. Texnologiyaların yeni olmadığını nəzərə alsaq, amerikalılar onları bizə təqdim etməyə hazırdırlar”.

Badrak vurğulayıb ki, ballistik raketlərin hazırlanması prosesi irəliləyir, lakin istənilən qədər sürətli deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...