Rusiyada 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib

Rusiyada 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib

Moskva vilayətində 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə mayın 30-da Moskva vilayətinin Krasnoqorsk rayonunda günorta saat 11:40 radələrində baş verib. Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Qurban Mirzə oğlu Batırxanov "MсDonalds" restoranından çıxıb şəxsi avtomobilinə tərəf gedərkən ona taksi yaxınlaşıb. Taksidə olan killer "Makarov" tapançasından Q. Batırxanova 7 dəfə atəş açıb. Sonra taksi hadisə yerindən uzaqlaşıb. Q. Batırxanov hadisə yerindəcə ölüb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Q. Batırxanov qətlə yetirildiyi məkanın yaxınlığında yaşayıb. Onun rəsmi olaraq heç yerdə işləmədiyi, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Q. Batırxanovun məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah gəzdirmə maddələri cinayət işi açılıb, araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...