Boris Nemtsovun qətli ilə bağlı yeni məlumat var...

Boris Nemtsovun qətli ilə bağlı yeni məlumat var...

Siyasətçi Boris Nemtsovun qətlində əsas şübhəli şəxs Zaur Dadayev iddia edilən sui-qəsd cəhdi zamanı daxili qoşunların “Şimal” alayının fəaliyyətdə olan zabiti olub. "Trend"-in verdiyi məlumata əsasən, bu barədə “Kommersant” qəzeti yazıb.

Bu məlumat müxalifət liderinin qətli ilə bağlı tədqiqat işinin gedişatına ciddi təsir göstərə bilər. Belə ki, daha əvvəl daxili qoşunların mətbuat bürosu Z.Dadayevi DİN-in sabiq əməkdaşı olduğunu bildirmişdi. Onun B.Nemtsovun qətlindən öncə işdən qovulduğu güman edilirdi. Leytenant və təqsirli bilinən daha dörd nəfər işsiz hesab edilirdi, onların işi Moskva Şəhər Məhkəməsi tərəfindən araşdırılırdı.

İndi tədqiqat ilə Hərbi Dairə Məhkəməsi məşğul ola bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...