İranda məmurlara “smartfon” qadağası qoyuldu

İranda məmurlara “smartfon” qadağası qoyuldu

İranda yüksək rütbəli dövlət məmurlarına “smartfon” tipli telefonlardan istifadə etmək qadağan olunub.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərarın təhlükəsizlik məqsədilə qəbul edildiyi açıqlanıb.

İranın nüvə proqramının ABŞ xüsusi xidmət orqanları tərəfindən xüsusi kompüter proqramları vasitəsilə izlədiyi aşkarlanandan sonra daha sərt qərarlar qəbul olunub. Belə ki, nüvə proqramında fəaliyyət göstərənlər, bundan başqa məxfi məlumatlar daşıyan yüksək rütbəli dövlət məmurları və onların köməkçiləri “smartfon”lardan istifadə edə bilməz.

Mütəxəssislər hesab edir ki, belə telefonlar təhlükəsizlik baxımından etibarlı deyil və kəşfiyyat orqanları bundan istifadə edə bilər.

Qadağanın tətbiq olunduğu dövlət məmurları yalnız köhnə telefonlardan istifadə edə bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...