Rusiya böhrandan çıxır
"Rusiya iqtisadiyyatı 2017 və ya 2018-ci ildə böhrandan çıxacaq". ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib. O bildirib ki, ölkə iqtisadiyyatında geriləmə bu ilin növbəti üç rübündə davam edəcək. Nazir hesab edir ki, ilin sonunda Rusiya iqtisadiyyatında canlanma başlayacaq: "Biz gözləyirik ki, 2016-cı ilin əvvəlindən iqtisadi artım başlayacaq. Hesablamalarımıza görə, 2017-2018-ci illərdə böhran öncəsi vəziyyətə qayıdacağıq", - deyə Aleksey Ulyukayev qeyd edib.
Xatırladaq ki, ötən ilin sonunda RF prezidenti Vladimir Putin qatıldığı bir forumda maraqlı açıqlama ilə yadda qalmışdı. Prezident Çinlə və digər tərəfdaşlarla ticari əlaqələri milli valyuta ilə həyata keçirməyi təklif edib. Putin hesab edir ki, ABŞ dollarından imtina etməklə bir sıra üstünlüklərə nail olunacaq.
Hazırda valyuta bazarında rublun vəziyyəti ürəkaçandır. Belə ki, ABŞ dolları Moskva birjasında 0,40 rubl ucuzlaşaraq 51,78-ə rubla düşüb. Avropanın vahid valyutası isə 0,63 rubl ucuzlaşaraq 55,30 rubla geriləyib.
1830 dəfə oxundu