Çində Ramazan ayında oruc tutmaq qadağan edildi

Çində Ramazan ayında oruc tutmaq qadağan edildi
Çinin Sintszyan regionunda yerli hökumət Kommunist partiyasının üzvlərinə, dövlət qulluqçularına və büdcə müəssisələrinin əməkdaşlarına müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında oruc tutmağı qadağan ediblər.
"İslamnews" xəbər verir ki, Sintszyanın müxtəlif idarələrinin rəsmi saytlarında məmurlara, dövlət qulluqçuları, pedaqoq, tələbə və məktəblilərə oruc tutmağın qadağan edilməsinə dair xəbərdarlıqlar yerləşdirilib. Bəzi işçilər Ramazan ayı ərzində oruc tutmayacaqları haqqında hətta yazılı iltizam belə alırlar. Bu iltizamlarda onlar “dini etiqadlarının olmamasını, dini mərasimlərə qatılmayacaqlarını və Ramazan ayında oruc tutmamaqda nümunə olacaqlarını təsdiqləyirlər”.

Bundan başqa, bəzi nəzarət orqanları ümumi qida müəssisələrindən Ramazan boyu gündüz saatlarında müəssisələri bağlamamağı, mağazalardan isə öz çeşidləri sırasına siqaret və alkoqollu içkiləri əlavə etməyi tələb ediblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...