Türkiyə parlamenti yeni tərkibdə ilk iclasına yığışır

Türkiyə parlamenti yeni tərkibdə ilk iclasına yığışır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclasını keçirəcəyi tarix məlum olub.

ANS PRESS-in məlumatına görə, seçkinin rəsmi nəticələrinin TRT-də elan olunmasından sonra TBMM-nin və hökuməti qurmaq fəaliyyətlərinin başlama tarixi dəqiqləşib. TBMM daxili nizamnaməsinin, “rəsmi nəticələrin elan olunmasından sonrakı 5-ci gün saat 15.00-də TBMM iclas keçirər” qaydasına əsasən Millət Məclisinin 23 iyunda toplanacağı bildirilib. Keçirilən ilk iclas zamanı milət vəkilləri and içəcək, bundan sonra ölkə prezidenti ən çox səs toplamış partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək.

Qeyd edək ki, TBMM-nin tərkibi 4 siyasi partiyanı təmsil edən millət vəkillərindən ibarət olacaq. Açıqlanan rəsmi nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AKP) 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyətçi Hərəkat Partiyası (MHP) və Xalqın Demokreatiya Partiyası hər biri 80 millət vəkili ilə ölkə parlamentində təmsil olunacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...