Putin Əsədi qorumaq üçün Suriyada yeni anti-raket sistemi qurdu - FOTO

Putin Əsədi qorumaq üçün Suriyada yeni anti-raket sistemi qurdu -


Rusiya Suriyaya ən yeni S-300B4 zenit-raket kompleksini yerləşdirib. Virtualaz.org xəbər verir ki, bu zenit-raket kompleksləri hədsiz yüksək mənzillidir və qanadlı raketləri vura bilir. Məlumatı Fox News telekanalı Vaşinqtondakı mənbələrə istinadən yayıb. Amerika kəşfiyyatının məlumatına görə komplekslər ötən həftə sonu Rusiyanın Tartusdakı hərbi bazasına çatdırılıb. Hazırda sistem döyüş növbəsinə dayanmaq üçün hazırlanır.

Bu, S-300B4 sistemlərinin Rusiyadan kənarda yerləşdirildiyi ilk haldır. Mənbələr bildirir ki, nə “İslam dövləti”ində, nə “Cebhat ən-Nusra” qruplaşmasında aviasiya və qanadlı raketlər yoxdur. Bu baxımdan Rusiya həmin raketləri Suriyada Bəşər Əsədi ABŞ və müttəfiqlərinin raketlərindən qorumaq üçün yerləşdirib.

Putin Əsədi qorumaq üçün Suriyada yeni anti-raket sistemi qurdu -


S-300B4 hava hücumundan və raket hücumundan müdafiə sistemidir, quru qoşunlarının sərəncamındadır və daha əvvəlki versiya olan S-300B komplekslərini əvəz edir. Həmin sistem S-300BM “Antey-2500” indeksi altında ixrac üçün nəzərdə tutulub. Sistemin faəaliyyət radiusu 400 kilometrə çatır və o, orta mənzilli operati-taktiki raketlərə qarşı tətbiq oluna bilər.

Ötən ilin noyabrında Rusiya rəsmən elan edib ki, Suriyada S-400 zenit-raket komplekslərini yerləşdirib. Hazırda Suriya məsələsində görə ABŞ-la Rusiya arasında münasibətlər gərginləşməkdədir. Ötən gün ABŞ Suriya məsələsində Rusiya ilə bütün təmasları dayandırdığını elan edib. Vaşinqton Bəşər Əsəd qüvvələrinə zərbə endirmək imkanlarını nəzərdən keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...