FETÖ-çu qadının ağlasığmaz qəddarlığı

FETÖ-çu qadının ağlasığmaz qəddarlığı


FETÖ-nun “Mərvə” kod adlı qadın üzvü 2015-ci il oktyabrın 10-da İŞİD-in Ankarada törətdiyi terrorla bağlı yeni şifrəni açıb.
Axar.az xəbər verir ki, Mərvə hadisədən əvvəl FETÖ-çuların “Baylok” (ByLock) adlı gizli mesajlaşma proqramı ilə terrordan xəbərdar edildiyini bildirib. FETÖ-çu qadın terrordan xəbərdar olsa da, bu haqda təhlükəsizlik qüvvələrinə məlumat verməyib:

“Ankarada terrordan bir gün əvvəl bizə “Baylok” vasitəsi ilə “Sabah küçəyə çıxmayın, terror olacaq. Yaxınlarınızı, qohumlarınızı da xəbərdar edin”, - deyə bir mesaj gəldi. Mən də Ankaradakı yaxınlarıma xəbər verdim. Səhəri gün TV-də Ankarada terror olduğunu öyrəndim. Onlarla insanın həlak olduğunu görüb çox üzüldüm”.

Qeyd edək ki, 2015-ci il oktyabrın 10-da Ankarada törədilən terror nəticəsində 102 nəfər həlak olub, 391-i yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...