Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda səfirliyin minaatanlardan atəşə tutulduğu, diplomatik missiyanın əməkdaşlarından zərərçəkən olmadığı bildirilir. Mərmilərdən biri səfirliyin ərazisinə yaxın olan yaşayış kompleksinə düşüb. Daha iki mərmi səfirlik binasının yanında partlayıb.

Rusiya XİN-dən o da bildirilib ki, səfirlik binası Suriya paytaxtının ətrafında yerləşən Cobar şəhərindən atəşə tutulub. Həmin şəhər “Cəbhət-aş-Şam” qruplaşmasının (keçmiş Cəbhət ən-Nüsra) nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...