Nadir arvadının getməsi haqda: “Pis...” - VİDEO

Nadir arvadının getməsi haqda: “Pis...” -


Çox təəssüf ki, indi müğənninin yaradıcılığından çox, şəxsi həyatı ilə maraqlanırlar.

Bu sözləri müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliklə bağlı Axar.az-a danışarkən deyib. O, “Əzizlərim” adlı yeni mahnısından və şəxsi həyatından söz açıb:

“Bu gün “Əzizlərim” adlı mahnımı yeni aranjimanda dinləyicilərin ixtiyarına verdim. Amma düşünürəm ki, mahnı xəbəri insanlara o qədər də maraqlı gəlmir. Bu da bir ifaçı olaraq mənə çox pis təsir edir. Nə edək? İndi də “ağzı göyçəklər” belə bir şayiə çıxarıblar ki, boşanmışam. Bu söhbətə görə də bir çox yaxınımız narahat oldu. Demək olar ki, indi də telefonum susmur. Bu boşanmaq mövzusuna nöqtə qoymaq zamanıdır. Bir də bu barədə mənə sual verilməsin”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə bağlı sosial şəbəkədə yazdığı statusda ona “geri dön” çağırışı etmişdi. Bundan sonra mətbuatda həyat yoldaşının müğənnini atıb getməsi haqda xəbərlər yayılmışdı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...