Nigeriya FETÖ məktəblərini bağlamaqdan imtina etdi - iki ölkə arasında qalmaqal yaşanır

Nigeriya FETÖ məktəblərini bağlamaqdan imtina etdi -


Türkiyə ilə Nigeriya arasında FETÖ terror təşkilatına görə gərginlik yaranıb.

“Qafqazinfo” xəbər verir ki, Nigeriya hökuməti iddia edib ki, ölkədəki FETÖ ilə əlaqəsi olan məktəbləri bağlamadığı üçün Türkiyə qisas məqsədilə 52 nigeriyalı tələbənin bir qismini həbs edib, digərlərini isə nəzarətə götürüb.


Nigeriya Türkiyəni üzr istəməyə çağırıb, əks təqdirdə eyni addımı türk vətəndaşlarına qarşı atacaqlarını bəyan edib.

“Nigeria Today” FETÖ ilə əlaqəsi olduğu üçün bağlanan Fatih Üniversitetində oxuyan 2 nigeriyalı tələbənin 15 iyul çevriliş cəhdindən sonra həbs edildiyini, ötən həftə isə 50 nigeriyalı tələbənin Atatürk Hava limanında saxlanıldıqdan sonra deportasiya edildiyini yazıb.

Nigeriya tərəfi bəyan edib ki, ölkəsindəki FETÖ ilə əlaqəsi olduğu iddia edilən məktəblər yerli qanunları heç bir şəkildə pozmayıb və beynəlxalq hüququn tələblərinə uyğun olaraq onları bağlamayacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...