Türkiyədən İraqa cavab: "Sizi anlamaqda çətinlik çəkirik"

Türkiyədən İraqa cavab:


Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş İraq Nümayəndələr Məclisinin İraqda olan Türkiyə Silahlı Qüvvələrinin "işğalçı qüvvələr" olduğu qeyd edilən qərarına münasibət bildirib.

Trend-in məlumatına görə, N.Kurtulmuş bu qərarı anlamaqda çətinlik çəkdiklərini deyib: "Türkiyə həm İraqın, həm də Suriyanın ərazi bütövlüyünün təmin edilməsi baxımından bütün öhdəliyini yerinə yetirir".

Baş nazirin müavini qeyd edib ki, Türkiyə İraqın mərkəzi hökuməti ilə terrorçulara qarşı mübarizə üzrə hər cür əməkdaşlığa hazırdır: "Mosul mosullulara aiddir, İraq iraqlılarındır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...