“Bizdən seçim istədilər: “Ya Avropa, ya da Rusiya” - Nalbandyan

 “Bizdən seçim istədilər: “Ya Avropa, ya da Rusiya” -

“Ermənistandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyi tələb etdilər”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan NATO Parlament Assambleyasının Yerevanda keçirilən seminarında çıxışı zamanı deyib. Nalbandyanın sözlərinə görə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı Ermənistanla danışıqlar başlananda Yerevanı əmin etdilər ki, bu proqram ilk növbədə iştirakçı ölkələrdə islahatların aparılmasına yönəldilib. “Bu ideya heç də hamı tərəfindən isti qarşılanmadı. Təşəbbüsün müəllifləri bizdən lobbi rolunu oynayaraq bu təşəbbüsü dəstəkləməyən ölkələri inandırmağı xahiş etdilər. Biz bu proqramda iştirak etməkdə maraqlı olduğumuzu bəyan etdik. Amma bildirdik ki, digər inteqrasiya proseslərində də iştirak etmək istəyirik. Brüsseldə danışıqlar başa çatandan sonra qəfildən bizə dedilər ki, ya Avropa İttifaqını ya da Rusiyanı seçməliyik”.

Nalbandyan deyib ki, belə bəyanat Ermənistan kimi balaca dövlət üçün uyuğun ola bilməzdi. “Mən bildiridim ki, bu düzgün yanaşma deyil. Amma bizə deyildi ki, bu sivil seçimdi. Mənsə dedim ki, ermənilər 1000 il əvəvl sivilizasiya seçimini ediblər”.

Daha sonra Nalbandyan Gömrük ittifaqına üzvlüklə bağlı danışıb. XİN rəhbəri deyib ki, Ermənistan Avropa Birliyi ilə danışıqlardan neçə il əvvəl bu quruma üzv olmaq arzusunu açıqlayıb. “Bizi Gömrük İttifaqına üzv olmaq üçün dəvət etmirdilər. Deyilirdi ki, ümumi sərhədlərimiz yoxdur, digər əngəllər də var idi. İşçi qrup yaradıldı və sonda qərara alındı ki, əngəllərin olmasına baxmayaraq Ermənistan Gömrük ittifaqına qoşula bilər. Bundan sonra biz bu qərarı təsdiq etdik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...