İran və İraq İstanbuldan imtina etdi

İran və İraq İstanbuldan imtina etdi


İran və İraqın neft nazirləri OPEK ölkələri və neft hasil edən digər ölkələrin Türkiyədəki qeyri-rəsmi görüşündə iştirak etməyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. İstanbul sammiti oktyabrın 9-dan 13-nə qədər keçiriləcək.

Son günlər İran və İraqın Türkiyə ilə münasibətlərində gərginlik yaşanır. Hər iki dövlət Türkiyəni İraqın ərazisinə qanunsuz müdaxilədə günahlandırır. Rəsmi Bağdad Ankaranın Mosulun azad edilməsi əməliyyatında iştirak etməyəcəyini bildirib və Türkiyədən qısa zaman ərzində öz ordusunu İraqdan çıxartmağı tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...