Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu artır


Bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib.

“APA-Economics” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.


Qeyd edək ki, Ermənistanın dövlət borcunun 4 mlrd. 590 mln. 500 min dolları xarici borcun payına düşür. Xarici borca Ermənistan hökuməti və Mərkəzi Bankının beynəlxalq maliyyə təşkilatlarından, banklardan və digər ölkələrdən götürdükləri borc daxildir.

İqtisadçı-ekspertlər bu ilin son 3 ayı ərzində Ermənistanın dövlət borcunun artacağını proqnozlaşdırır. Təkcə dövlətin yeni istiqrazlarının satışa çıxarılması hesabına oktyabrda Ermənistanın dövlət borcu 29 mlrd. 710 mln. dram və ya 62,5 mln. dollar artacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...