Rusiya bir iş adamına görə milyardlarını itirir

Rusiya bir iş adamına görə milyardlarını itirir

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski deyib ki, neft şirkətinin sabiq səhmdarlarının işi üzrə Haaqa Arbitraj Məhkəməsi hökmünün icrası ilə bağlı Rusiyanın “əsəbi” reaksiyasını izləyir.

Bundan əvvəl sabiq YUKOS səhmdarlarını təmsil edən GML şirkətinin rəhbəri deyib ki, Belçika ilə Fransada Rusiyaya məxsus aktivlərə həbsin qoyulması beynəlxalq məhkəmə qərarının icrasının başlanğıcıdır.

Ötən il Haaqa Arbitraj Məhkəməsi qərara alıb ki, Rusiya YUKOS şirkətinin səhmdarlarının çoxmilyardlıq itkilərini kompensasiya etməlidir. Hökmü icra etməyə meyl göstərməyən Rusiya qərarla razılaşmadığını təkrarlayır.

Mixail Xodorkovski ona məxsus payın 2004-cü ildə tərəfdaşları tərəfindən satın aldığına görə prosesdən mənfəət qazanacaq şəxslərə aid olmadığını təkrar edib. Buna rəğmən o “bir Rusiya vətəndaşı kimi baş verənlərə səmimi sevindiyini” deyib.
"Ölkəmiz üçün bu, əlamətdar bir məqamdır: Birincisi bu, qarətçinin nə qədər qüdrətli görsənməsindən asılı olmayaraq, qarətçiliyin cəzasız qalmayacağına dair siqnaldır; ikincisi, bu, mülkiyyət haqqının möhkəmlənməsinə doğru atılmış addımdır ki, onun xaricində ölkənin davamlı inkişafına nail olmaq mümkün deyil”, - sahibkar Facebook səhifəsində yazıb.

Mixail Xodorkovski aktivlərin həbsindən əldə olunmuş vəsaitlərin Rusiya ictimaiyyəti üçün faydalı layihələrə yönələcəyinə ümid etdiyini bildirib. Rusiya Belçikada aktivlərin həbsinə etiraz edir. Cümə axşamı Moskva öz narazılığını Xarici İşlər Nazirlriyinə çağrılmış Belçikanın Rusiyadakı səfirinə çatdırıb. Rusiya - məsələ öz həllini tapmazsa - Belçikaya qarşı analoji addımların atılacağını bildirib. Cümə axşamı Rusiyanın maliyyı naziri Anton Siluanov Haaqadakı məhkəmə hökmünə qarşı tezliklə iddia qaldırılacağını bildirib.

Rusiyanın Ədliyyə Nazirliyi Belçikadakı Rusiya səfirliyi və Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin hesablarının həbs edildiyini bildirib. Bununla yanaşı başqa aktivlərə də həbsin qoyulduğu qeyd olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...