İŞİD Kərbəla və Nəcəfin suyunu kəsdi

İŞİD Kərbəla və Nəcəfin suyunu kəsdi

İraq Kənd Təsərrüfatı və Su Şurası İŞİD terrorçularının iyunun 2-də Fərat çayı üzərindəki Ramadi səddini bağlaması səbəbilə Kərbəla, Babilistan, Nəcəf ilə Kadisiyə şəhərlərinin susuz qaldığını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, sözügedən ərazilərdə yerləşən su anbarlarındakı ehtiyatlar azaldığı üçün yaxınlarda quraqlıq başlayacağı bildirilir. Əlaqədar orqanlar Fərat çayının suları kəsildiyi üçün Dəclə çayından istifadəyə cəht göstərsə də, bu sahədə də problemlə üzləşiblər. İŞİD terrorçularının İraqda su müharibəsi apardığı bildirilən açıqlamada, təşkilatın həmçinin Anbardakı Sarsar gölünün olduğu bölgəni də nəzarət altına alaraq, bu müharibəni davam etdirməyə çalışdığı qeyd edilir.

İraqın ərazi baxımından ən böyük vilayəti olan Anbarın mərkəzi Ramadi İŞİD terrorçularının nəzarətindədir. İraq ordusu və şiə könüllüləri şəhərin geri alınması üçün əməliyyatlar keçirirlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...