Abadi: “Əməliyyatda belə sürət gözləmirdik”

Abadi: “Əməliyyatda belə sürət gözləmirdik”


İraqın Baş naziri Heydər Abadi Mosul əməliyyatları ilə bağlı açıqlama verib. Axar.az xəbər verir ki, baş nazir əməliyyatın gözlənildiyindən daha sürətlə getdiyini deyib: “Təxmin etdiyimizdən daha sürətlə irəliləyirik”.

Xatırladaq ki, bu gün - əməliyyatların dördüncü günündə peşmərgə qüvvələri 3 kəndi terrorçulardan azad edib. Kürd qüvvələri Mosulun Naveran bölgəsində İŞİD-ə məxsus pilotsuz uçan aparatı da vurub. Beynəlxalq koalisiya qüvvələrinin nümayəndəsi general-mayor Qeri Voleski İŞİD liderlərinin şəhəri tərk etdiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...