Soyğunçuluqda təqsirləndirilən ər-arvad məhkəmə zalında həbs edilib

Soyğunçuluqda təqsirləndirilən ər-arvad məhkəmə zalında həbs edilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Hacıyev və həyat yoldaşı Qızbahar Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin prosesə dəfələrlə çağırılmasına baxmayaraq gəlməməsini əsas gətirib və onlar barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Məhkəmə verilən vəsatəti təmin edib və hər iki şəxs məhkəmə zalında həbs edilib. Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib. Qeyd edək ki, Qusar rayon sakini olan hər iki şəxs Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...