Nazir ABŞ-a Gülənlə bağlı yeni faktlar aparır

Nazir ABŞ-a Gülənlə bağlı yeni faktlar aparır


Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ sabah Fətullah Gülənin ekstradisiyası ilə bağlı yeni sübutlarla ABŞ-a gedəcək. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ədliyyə nazirini Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasının sədri Əhməd İyimaya, Ədalət və İnkişaf Partiyasının (AKP), CHP və MHP-nin millət vəkilləri müşayiət edəcək.

Bəkir Bozdağ ABŞ-ın ədliyyə naziri Loretta Linc ilə görüşəcək və ABŞ-a verilmiş 4 sənədə uyğun aparılan araşdırmalar nəticəsində əldə edilən yeni məlumat və sənədləri onlara tənqdim edəcək. Görüşdə Bozdağın Türkiyə ilə ABŞ arasında məhkumların ekstradisiyasına dair razılaşmanı xatırladaraq, Gülən haqqında həbs qətiimkan tədbirinin görülməsinin məcbur olduğunu vurğulayacağı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...